İranın Yəzd vilayətində iki əcnəbi vətəndaş xəstəxanaya yatırılıb.

BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata əsasən, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Tehranda tibb universitetləri rektorlarının iclasında deyib.

S.Nəməkinin sözlərinə görə, Çin vətəndaşı 12 gün öncə nəzarətə götürülüb və onunla təmasda olan bir Almaniya vətəndaşı da zorla xəstəxanaya yatırılıb.

Nəməki əlavə edib ki, analizlər nəticəsində onların koronavirusa yoluxmadıqları müəyyənləşib.

Nazirin sözlərinə görə, indiyədək İranda koronavirusla əlaqədar heç bir yoluxma halı qeydə alınmayıb.

BAKU.WS