İranda 1 kq soğanın qiyməti 3 dolları keçib
30
mar
2019
17:54
İranda aprelin 4-dən kartof və soğanın ixracı qadağan edilib.Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib.A.Qubadinin sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub.Nazir müavini əlavə edib ki, Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib.Son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib.Soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.BAKU.WS
Oxşar xəbərlər
Soğanın bahalaşmasının mümkün səbəbləri açıqlandı
"Azərbaycanda soğanın qiyməti ötən il çox aşağı olub və fermerlərə zərər vurub. Ola bilsin ki, bunu nəzərə alan sahibkarlar bu il üçün az soğan əkiblər və son n...