İranı sel aparır - Şirazda 17 nəfər ölüb - VİDEO

İranı sel aparır - Şirazda 17 nəfər ölüb - VİDEO
Video
Siyasət 2744
İranda sel ciddi fəsadlar törədib. BAKU.WS-in məlumatına görə, Şirazda onlarla avtomobil sel sularının altında qalıb, bir neçə nəfər itkin düşüb. Fars əyalətinin başçısı Şiraz şəhər əhalisinə müraciət edib və insanları evlərindən çölə çıxmamağa çağırıb. İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivəndinin sözlərinə görə, Şirazda sel fəlakəti nəticəsində ən az 17 nəfər ölüb, 50 nəfərdən çox insan yaralanıb. Xatırladaq ki, Şirazla yanaşı, Luristan və Kermanşahda da analoji təbii fəlakət baş verib. Xuzistan, Tehran və başqa əyalətlərdə də sel təhlükəsinin yüksək olduğu bildilir. İranda yağıntıların martın 27-dək davam edəcəyi proqnozlaşdırılır. BAKU.WS

Oxşar xəbərlər

İranda terror aktı nəticəsində 41 nəfər həlak olub

İranda terror aktı nəticəsində 41 nəfər həlak olub

İranın Sistan-Bəlucistan bölgəsində terror aktı törədilib.BAKU.WS - in məlumatına görə, terrorçular İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgərlərini da...

882 Siyasət 20:59 13 fevral 2019

Son xəbərlər