Türkiyə İncirlik bazasını bağlaya bilər - Ərdoğandan XƏBƏRDARLIQ

Türkiyə İncirlik bazasını bağlaya bilər - Ərdoğandan XƏBƏRDARLIQ
Siyasət 320

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ATV və “A haber” kanallarının ortaq yayımında maraqlı açıqlamalar verib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan ABŞ Senatının 1915-ci il hadisələrini “soyqırım” olaraq qəbul etməsinə cavab olaraq yeri gələrsə, İncirlik Hərbi Hava Bazasını, həmçinin Kürəcik Radar Bazasını bağlaya biləcəklərini söyləyib:

“ABŞ-ın daxili siyasətindəki qütbləşmə bizim əleyhimizə nəticələrə səbəb olur. Bəzi dairələr Trampı zəiflətmək üçün Türkiyə ilə bağlı prosesləri öz məqsədlərinə uyğun şəkildə sui-istifadə edirlər. Şəxsən mənim Trampla olan münasibətim bir çox şeyi dəyişmir. Çünki Tramp təkbaşına qərarverici deyil”.

Məlumat üçün bildirək ki, İncirlik Hərbi Hava Bazası 1951-ci ildə ABŞ və Türkiyə hava qüvvələri birlikdə inşa etməyə başlayıb və 1954-cü ildə istifadəyə verilib. Hazırda NATO-nun nəzarətində olan bazada strateji nüvə silahları da mövcuddur.

Ərdoğan sözlərinə əlavə edib ki, ABŞ Senatının bu qərarı Türkiyə ilə olan müttəfiqlik münasibətlərinin əleyhinədir:

“ABŞ Konqresini münasibətlərimizə yaraşacaq şəkildə hərəkət etməyə dəvət edirəm. Sanksiya təhdidləri və təzyiq üsulları ilə bizi məqsədlərimizi dəyişə biləcəklərimizi hər fürsətdə ABŞ rəsmilərinə çatdırırıq”.

Türkiyə İncirlik bazasını bağlaya bilər - Ərdoğandan XƏBƏRDARLIQ

Ərdoğan həmçinin qondarma erməni soyqırımı məsələsi ilə bağlı tarixi sənədlərin ortaya çıxarılmasını və tarixçilər tərəfindən araşdırılmasını yenidən təklif edib:

“ABŞ rəsmilərinin çoxu bu hadisə haqqında məlumatlı deyillər. Bizdə 1 milyona yaxın sənəd var. Arxivimizdəki həmin sənədləri açırıq. Buyurub gəlib araşdırsınlar. Harvardda, Fransada da sənədlərin olduğunu deyirlər, onla da açsınlar. Ermənistanda olub-olmadığını bilmirəm. Tarixçilərdən ibarət heyət formalaşsın və araşdırsınlar. Lakin, heç bir sənəd ortaya qoymayanların sözü yoxdur. Əks təqdirdə alınan heç bir qərarın dəyəri yoxdur. Çünki həmin qərarlar siyasidir”.

Son xəbərlər