Türkiyə İncirlik bazasını bağlaya bilər - Ərdoğandan XƏBƏRDARLIQ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ATV və “A haber” kanallarının ortaq yayımında maraqlı açıqlamalar verib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan ABŞ Senatının 1915-ci il hadisələrini “soyqırım” olaraq qəbul etməsinə cavab olaraq yeri gələrsə, İncirlik Hərbi Hava Bazasını, həmçinin Kürəcik Radar Bazasını bağlaya biləcəklərini söyləyib:
“ABŞ-ın daxili siyasətindəki qütbləşmə bizim əleyhimizə nəticələrə səbəb olur. Bəzi dairələr Trampı zəiflətmək üçün Türkiyə ilə bağlı prosesləri öz məqsədlərinə uyğun şəkildə sui-istifadə edirlər. Şəxsən mənim Trampla olan münasibətim bir çox şeyi dəyişmir. Çünki Tramp təkbaşına qərarverici deyil”.
Məlumat üçün bildirək ki, İncirlik Hərbi Hava Bazası 1951-ci ildə ABŞ və Türkiyə hava qüvvələri birlikdə inşa etməyə başlayıb və 1954-cü ildə istifadəyə verilib. Hazırda NATO-nun nəzarətində olan bazada strateji nüvə silahları da mövcuddur.
Ərdoğan sözlərinə əlavə edib ki, ABŞ Senatının bu qərarı Türkiyə ilə olan müttəfiqlik münasibətlərinin əleyhinədir:
“ABŞ Konqresini münasibətlərimizə yaraşacaq şəkildə hərəkət etməyə dəvət edirəm. Sanksiya təhdidləri və təzyiq üsulları ilə bizi məqsədlərimizi dəyişə biləcəklərimizi hər fürsətdə ABŞ rəsmilərinə çatdırırıq”.
Ərdoğan həmçinin qondarma erməni soyqırımı məsələsi ilə bağlı tarixi sənədlərin ortaya çıxarılmasını və tarixçilər tərəfindən araşdırılmasını yenidən təklif edib:
“ABŞ rəsmilərinin çoxu bu hadisə haqqında məlumatlı deyillər. Bizdə 1 milyona yaxın sənəd var. Arxivimizdəki həmin sənədləri açırıq. Buyurub gəlib araşdırsınlar. Harvardda, Fransada da sənədlərin olduğunu deyirlər, onla da açsınlar. Ermənistanda olub-olmadığını bilmirəm. Tarixçilərdən ibarət heyət formalaşsın və araşdırsınlar. Lakin, heç bir sənəd ortaya qoymayanların sözü yoxdur. Əks təqdirdə alınan heç bir qərarın dəyəri yoxdur. Çünki həmin qərarlar siyasidir”.
Oxşar xəbərlər
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
Türkiyə parlamenti ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb. BAKU.WS xəbər verir ki, qətnaməni qınayan müvafiq sənədi hakim Ədalət v...