Türkiyə daha bir ölkəyə qoşun yeridə bilər
Rəsmi Ankara Liviyaya qoşun yeridə bilər.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
Ərdoğan Bilkent Universitetində çıxışı zamanı bildirib ki, Liviya hökuiməti rəsmi olaraq müraciət edərsə, Türkiyə bu ölkəyə qoşun göndərəcək.
Qeyd edək ki, Liviyada inqilabdan sonra siyasi sabitlik heç cür təmin olunmur. Təqaüdçü general Xəlifə Həftər Zintan şəhərindən olan yaraqlılarla ölkənin bir hissəsinə nəzarət edir. Tripoli və Misratadakı inqilabçılarla birgə hərəkət edən Liviyanın mərkəzi hökuməti general Həftərə müqavimət göstərir.
Oxşar xəbərlər
Ərdoğan ABŞ-a gedir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər soyuq münasibətdə olduğu ABŞ-a gedəcək.BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğanın ABŞ səfəri s...