SİZİN REKLAM BURADA!
055 213 76 73


Kraliça II Elizabet 18 aydan sonra taxtdan imtina edəcək və oğlu şahzadə Çarlz onun yerinə keçəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Britaniyanın kral sarayında yaranan gərginliyə səbəb şahzadələrdən birinin adının fahişə qalmaqalında hallanması olub.

Amerikalı milyarder Cefri Epstein bildirib ki, Britaniya şahzadəsi Endryu nəhəng bir fahişəlik şəbəkəsinə nəzarət edir.

Bundan sonra atası şahzadə Filiplə görüşən 71 yaşlı şahzadə Çarlz, Cefri Epsteinlə əlaqəsi səbəbindən kral ailəsinə zərər vuran qardaşı Endryunu taxtdan məhrum etmək və idarəçiliyi ələ keçirmək üçün hərəkətə keçib.

Qeyd edək ki, Kraliça II Elizabetin 18 aydan sonra 95 yaşı tamam olacaq və əri 95 yaşlı şahzadə Filip kimi vəzifədən gedəcək.

Məlumata görə, Kraliça II Elizabet şahzadə Endryunun bütün vəzifə və səlahiyyətlərini əlindən alıb. Onu ABŞ prezidenti Donald Trampla görüşməsinə də icazə verməyib.

BAKU.WS