45 yaşlı qadında erkən demensiya aşkarlanıb
ABŞ-də yaşayan Steysi Marklin 45 yaşında demensiya xəstəliyinə tutulub. İlk simptomları barədə o, Daily Mirror-a danışıb.
BAKU.WS xəbər verir ki, Marklin bildirib ki, bir neçə il əvvəl sözləri qarışdırmağa və sadə şeyləri unutmağa başlayıb, amma hamilə olduğu üçün bunu sadəcə diqqətsizliklə izah edib. "Bəzən pərdəni xalça adlandırırdım və ya əşyanın adını unuturdum", - deyə o xatırlayır.
Oğlunu dünyaya gətirdikdən sonra yaddaşı pisləşib. İki il sonra Alzheimer şübhəsi yaranıb, lakin həkim yaşının gənc olduğunu deyərək bunu inandırıcı saymayıb. Marklin işinə də təsir edən yaddaş problemlərindən əziyyət çəkib, hətta bir həmkarını unudub.
Tam müayinə zamanı PET-KT nəticəsində erkən demensiya diaqnozu qoyulub. İndi Marklin xəstəliyin gedişini yavaşladan inyeksiyalar alır.
Ekspertlərin tövsiyə edir ki, beyin sağlamlığını qorumaq üçün sosiallaşmaq, iqtisadi rifahı qorumaq, davamlı təhsil və sağlam həyat tərzi vacibdir.
Oxşar xəbərlər
Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1396 nəfərə çatdı
Çinlə sərhəd yaxınlığında Nepalda baş verən dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1396 nəfərə çatıb. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu...