Türkiyə rəsmi Vaşinqtonun Qüdsə dair qərarını məsuliyyətsiz adlandırıb.

BAKU.WS-in məlumatına görə, bu barədə “Tvitter” səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.

“Biz ABŞ administrasiyasının Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair məsuliyyətsiz bəyanatlarını pisləyirik. Bu qərar beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə ziddir”,- deyə M.Çavuşoğlu qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mətbuat katibi İbrahim Kalın bəyanatla çıxış edərək, ABŞ-ın bu qərarını tanımadıqlarını bildirib.

Xatırladaq ki, bu gün Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və ABŞ-ın İsraildəki səfirliyinin həmin şəhərə köçürülmsi barədə əmr verdiyini bəyan edib.

BAKU.WS