Məclisdən evə qayıdarkən qəzaya düşüblər - Beş nəfərin yanaraq öldüyü hadisənin TƏFƏRRÜAT
Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, Məmmədqasımlı kənd sakinlərinin sözlərinə görə, avtomobildə qəzaya düşən ailə üzvləri qəza zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsinin ilk tədris ili və ad günü münasibəti ilə məclis təşkil ediblər.
Qeyd olunub ki, qəza anında avtomobili idarə edən Elyar Məhəmmədov Qalib Məhəmmədovun oğludur. Qəzada xəsarət alan Reyhan Məhəmmədova isə Elyar Məhəmmədovun həyat yoldaşıdır. Səkinə Məhəmmədova isə Qalib Məhəmmədovun qardaşının həyat yoldaşıdır. Susanna Məhəmmədova Səkinə Məhəmmədovanın gəlini, Mehriban Kərimova isə qızıdır.
Məlumata görə, Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi olub, həmçinin 2-ci Qarabağ müharibəsində iştirak edib. Qalib Məhəmmədov uzun müddət Məmmədqasımlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.
Şəkildə: Susanna Məhəmmədova, qəzadan tək sağ çıxan şəxs Reyhan Məhəmmədova:
Şəkildə: Qalib Məhəmmədov və Qarabağ qazisi Elyar Məhəmmədov:
Oxşar xəbərlər
İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI
İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barəd...