Türkiyə Trampın qərarını tanımadı

Türkiyə Trampın qərarını tanımadı
Siyasət 1701
Türkiyə rəsmi Vaşinqtonun Qüdsə dair qərarını məsuliyyətsiz adlandırıb.BAKU.WS-in məlumatına görə, bu barədə “Tvitter” səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.“Biz ABŞ administrasiyasının Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair məsuliyyətsiz bəyanatlarını pisləyirik. Bu qərar beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə ziddir”,- deyə M.Çavuşoğlu qeyd edib.Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mətbuat katibi İbrahim Kalın bəyanatla çıxış edərək, ABŞ-ın bu qərarını tanımadıqlarını bildirib.Xatırladaq ki, bu gün Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və ABŞ-ın İsraildəki səfirliyinin həmin şəhərə köçürülmsi barədə əmr verdiyini bəyan edib.BAKU.WS

Oxşar xəbərlər

Trampdan dünyanı çalxalayacaq QƏRAR

Trampdan dünyanı çalxalayacaq QƏRAR

ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib. BAKU.WS-in məlumatına görə, bu barədə RİA Novosti məlumat yayıb. Məlumata görə, T...

5389 Siyasət 22:39 06 dekabr 2017

Son xəbərlər