Azərbaycandan Türkiyəyə dəstək mesajı
03
avq
2016
12:01
"Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır".
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu XİN rəhbəri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı deyib.
Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirib.
Mövlud Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Həmsədrlər Dağlıq Qarabağa görə Ankaraya gedirlər
"ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 18-də Ankaraya səfər edərək Türkiyə tərəfini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə...