İslam Maxaçev "Qızıl top"un bu futbolçuya verilməsini istədi
UFC-nin yarımorta çəki dərəcəsində hazırkı çempionu İslam Maxaçev 2026-cı ilin "Qızıl top" mükafatına hansı futbolçunun daha layiq olduğunu açıqlayıb.
BAKU.WS-in məlumatına görə, 34 yaşlı rusiyalı döyüşçü bu il mükafatın əsas namizədlərindən biri olan Gürcüstan millisinin və PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanı favorit hesab edir.
Maxaçevin sözlərinə görə, dünya çempionatının nəticələri nəzərə alınmasa, "Qızıl top"a gürcü futbolçu layiqdir:
"Dünya çempionatını nəzərə almasaq, mən "Qızıl top"u Kvaratsxeliyaya verərdim".
Qeyd edək ki, Kvaratsxeliya 2026-cı ildə "Qızıl top" uğrunda mübarizə aparacaq 30 futbolçudan ibarət namizədlər siyahısına daxil edilib. "Qızıl top"un builki qalibinin adı 26 oktyabrda Londonda keçiriləcək mərasimdə açıqlanacaq. Bu, nüfuzlu mükafatın təqdimatının 70-ci yubiley mərasimi olacaq. Qalib FIFA reytinqinin ilk 100-lüyündə yer alan ölkələrdən seçilmiş 100 jurnalistin səsverməsi əsasında müəyyənləşəcək.
Xatırladaq ki, ötən il "Qızıl top" mükafatının sahibi PSJ və Fransa millisinin hücumçusu Usman Dembele olub.
İslam Maxaçev isə hazırda UFC-də 17 döyüşlük qələbə seriyasına sahibdir. Onun peşəkar MMA karyerasında 29 qələbəsi və 1 məğlubiyyəti var.
Oxşar xəbərlər
"Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur"
Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur. BAKU.WS xəbər verir ki, bunu report-a "Qarabağ"ın Kommunikasiya departamentinin rəhbəri An...