Həniyənin qətlində casusların rolu olub? - İranın kəşfiyyat nazirindən AÇIQLAMA - FOTO
24
avq
2024
19:51
İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri İsmayıl Xətib bu gün "Camaran" saytına müsahibəsində HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsində casusların rolunun olub-olmaması barədə sualı cavablandırıb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, nazir İsmayıl Həniyənin və onun mühafizəçilərindən birinin Tehranda qətlini şərh edib və suala belə cavab verib:
"SEPAH-ın məlumatına görə, Həniyənin öldürülməsində casusların rolu tapılmayıb. Aparılan araşdırmalara əsasən, HƏMAS lideri 7 kiloqram döyüş başlığına malik qısamənzilli mərmi ilə öldürülüb".
Oxşar xəbərlər
HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürülüb
HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu...