Bakı-Ələt yolunda körpünün bir hissəsi ÇÖKDÜ
15
may
2026
17:23
Bu gün saat 16 radələrində Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində körpüdə çökmə baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə zamanı yük avtomobili çökən hissəyə düşüb.
Hadisə nəticəsində ərazidə böyük tıxac yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirilib ki, qurumun əməkdaşları artıq əraziyə cəlb ediliblər:
"Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və mütəxəssis qrupu göndərilib. Araşdırmadan sonra körpüyə dəymiş zərər müəyyən ediləcək və müvafiq tədbirlər görüləcək".
Oxşar xəbərlər
Bakıda şagirdlər arasında DAVA: Məsələ rəhbərlik tərəfindən ARAŞDIRILIB
Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli məktəbdə təhsil alan şagirdlərdən birinin digər məktəb yoldaşına qarşı zorakılıq etməsi və bunu çəkərək sosial şəbəkə...