HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürülüb
HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.
Oxşar xəbərlər
İranda prezident postuna iddiaçılar: 10 şəxsin adı hallanır
İyunun 28-də İran İslam Respublikası yeni prezidentini seçəcək. İran Prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzasında həlak olduqdan sonra onun səlahiy...