Ağdərənin Aşağı Oratağ kəndinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub
Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə iki ailə - dörd nəfər köçürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sakinlərə yeni bərpa edilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Açarların təqdimetmə mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, həmçinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib. Çıxış edən Səbuhi Qəhrəmanov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib, doğma yurda qayıdan sakinləri təbrik edib.
Oxşar xəbərlər
Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib
Şuşa şəhərində Anım Günü ilə bağlı tədbir keçirilib. BAKU.WS xəbər verir ki, tədbirdə Şuşada Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin və Qoruq İdarəsini...