Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib
Şuşa şəhərində Anım Günü ilə bağlı tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, tədbirdə Şuşada Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin və Qoruq İdarəsinin rəhbərliyi və əməkdaşları, hüquq-mühafizə orqanlarının, eyni zamanda, Şuşa şəhərində fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və şəhər sakinləri Mərkəzi meydanda və Şuşa Şəhidlər Xiyabanında torpaqların ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Anım Günü ilə əlaqədar həmçinin Zəngilan və Cəbrayıl rayonlarında da şəhidlərimizin xatirəsini yad etmək üçün silsilə tədbirlər keçirilib.
Qalereya
Oxşar xəbərlər
Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Laçın rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidl...