Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Laçın rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BAKU.WS xəbər verir ki, Anım Günü ilə əlaqədar Laçın şəhərinin mərkəzi dairəsində toplaşan iştirakçılar şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Saat 12:00-da rayon ərazisində nəqliyyat və piyadaların hərəkəti dayandırılıb, avtomobillər tərəfindən səs siqnalları verilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib
Şuşa şəhərində Anım Günü ilə bağlı tədbir keçirilib. BAKU.WS xəbər verir ki, tədbirdə Şuşada Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin və Qoruq İdarəsini...