İran Hörmüz boğazında ABŞ ordusuna məxsus ikinci sualtı pilotsuz qurğunu ələ keçirdiyini açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ ordusuna məxsus ikinci sualtı pilotsuz qurğunun ələ keçirildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə SEPAH HDQ-nin məlumatına istinadən "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, İran hərbçiləri radioelektron mübarizə vasitələrindən istifadə etməklə həyata keçirilən əməliyyat zamanı casusluq məqsədilə fəaliyyət göstərdiyi iddia olunan sualtı pilotsuz qurğunu ələ keçiriblər.
SEPAH bildirib ki, aparat daha əvvəl ələ keçirilən "Remus 600" qurğusunun bir növüdür. Onun məlumatlarının bərpası üçün mütəxəssislərə təhvil verildiyi qeyd olunub.
Qeyd edək ki, İran sentyabrın əvvəlində də Hörmüz boğazında ABŞ-a məxsus sualtı pilotsuz qurğunu ələ keçirdiyini açıqlamışdı. ABŞ tərəfi isə həmin hadisədə qurğunun nasazlıq səbəbindən itirildiyini bildirmişdi. "Reuters" İranın iddialarını müstəqil şəkildə təsdiqləməyin mümkün olmadığını qeyd edib.
Oxşar xəbərlər
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
"İranın Ali lideri Müctəba Xamenei ABŞ və İsrailin endirdiyi zərbələrdən sonra müalicə aldığı Tehran xəstəxanasının dağıntıları altından çıxarılıb". BAKU.WS Oxu...