Çinin ən hündür şəlaləsi saxta imiş - FOTO
Çində ən hündür şəlalə adlanan "Yuntai Dağ Şəlaləsi"nin saxta olduğu ortaya çıxıb.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, həmin ərazidə yürüşə çıxan adamlardan biri şəlalənin başlandığı yerdən boru ilə su axıdıldığını əks etdirən video paylaşıb.
Sözügedən görüntülər ölkədə böyük səs-küyə səbəb olub. "Yuntai" turizm parkının rəhbərliyi ziyarətçilərin quraq mövsümdə buraya gəlməyə dəyər olduğunu hiss etdirmək üçün "kiçik təkmilləşdirmə" etdiklərini deyib.
Sosial şəbəkə istifadəçiləri "Yuntai Şəlaləsi"nin başlandığı yerə gedib sadəcə bir boru gördüyümü izah edən video...", "Yuntai Şəlaləsi"nin mənbəyi sadəcə bir borudan ibarətdir" kimi şərhlər yazaraq bunu edənləri qınayıblar.
Qalereya
Oxşar xəbərlər
Turistlərə qoyulan qadağalar: Alt paltarı geyinməmək, selfi çəkdirməmək, dəsmal istifadə etməmək - FOTO
Turizm baxımından populyar olan bəzi dünya ölkələrində 2023-cü ildə turist sıxlığının qarşısını almaq üçün müxtəlif qadağalar tətbiq edilib. Bəzi yerlərdə kruiz...