Turistlərə qoyulan qadağalar: Alt paltarı geyinməmək, selfi çəkdirməmək, dəsmal istifadə etməmək - FOTO

Turistlərə qoyulan qadağalar: Alt paltarı geyinməmək, selfi çəkdirməmək, dəsmal istifadə etməmək - FOTO
Siyasət 728

Turizm baxımından populyar olan bəzi dünya ölkələrində 2023-cü ildə turist sıxlığının qarşısını almaq üçün müxtəlif qadağalar tətbiq edilib. Bəzi yerlərdə kruizlə səyahət məhdudlaşdırılıb. Turist vergilərinin artırılması və ziyarətçilərin sayının məhdudlaşdırılması kimi qadağalar da tətbiq edilib. Bəzi qadağalar isə dünyada mətbuatında səs-küyə səbəb olub.

BAKU.WS xarici KİV-ə istinadən 2023-cü illərdə turistlərə tətbiq edən qəribə qadağaların siyahısını təqdim edir:

Portuqaliya çimərliklərində musiqi ifa edənlərə 36 min avroya qədər cərimə tətbiq edilib. Yerli sakinləri və turistləri narahat edən səsləndiricilər Portuqaliyanın Milli Dənizçilik İdarəsi (AMN) tərəfindən qadağan edilib. AMN-in çimərlik təlimatı ayrıca müəyyən edilmiş ərazilərdən kənarda top oynamağı, kənarda düşərgə qurmağı və atəş yandırmağı qadağan edib.

Bu il turistlərin sayının artması səbəbindən İtaliyanın Sardiniya çimərliklərində səlahiyyətlilər ziyarətçilərin sayını və istirahət vaxtını məhdudlaşdırıblar. "Pelosa Plajı" çimərliyində dəsmal qadağası ilə yanaşı, günəşə çıxanların yanlarında daha az qum tutan döşəmələr gətirmələrini məcbur edilib. "Spiaggia Rosa" çimərliyi 2023-cü ildə turistlər üçün "məhdud ərazi" olaraq qalır. Sahildə gəzənlərə 500 avro, çimərlikdən qum oğurlayanlara isə 3 min 500 avro qədər cərimə tətbiq edilib.

İspaniyanın Sevilya şəhərində hakimiyyət turistlərin ictimai yerlərdə alt paltar geyməsinin qadağan edilməsini elan edib.

İtaliyanın sahilində yerləşən Portofino şəhəri xeyli müddətdir turistlərin diqqət mərkəzinə çevrilib. Ziyarətçilərin axınının qarşısını almaq üçün Portofino şəhərinin meri turistlərə selfi çəkdirməyi qadağan edib. Səhər saat 10.30-dan axşam saat 18.00-dək limanda uzun müddət gözləyənlər 270 avro cərimələnirlər.

İspaniya sahillərində yerləşən Mallorkanın çimərliklərində saxta xəbərdarlıq lövhələri asılıb ki, turistlər bölgəyə girməsinlər. Bəzi lövhələrdə "təhlükəli dəniz balığı", "düşən qayalar" və ya kanalizasiya ilə çirklənmiş dəniz suyu barədə xəbərdarlıqlar var. Bəzi lövhələrdə isə çimərliyin bağlandığı bildirilir.

Son xəbərlər