Hindistanda təyyarə flaminqo sürüsü ilə toqquşdu - 36 flaminqo öldü
22
may
2024
17:57
Hindistanda təyyarə flaminqo dəstəsi ilə toqquşub.
BAKU.WS xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Bildirilib ki, təyyarə "Emirates" Hava Yolları şirkətinə aid olub. Qəza zamanı yüngül zərbə alan təyyarə sağ-salamat eniş edib.
310 sərnişindən heç biri xəsarət almayıb
. Hadisə Mumbay şəhərinin "Ghatkopar" bölgesində yaşanıb. Qəza zamanı 36 flaminqo tələf olub.
Mütəxəssislər bölgədə olan elektrik xətlərinin flaminqoların hərəkət istiqamətini dəyişdirdiyini, bu səbəbdən onların təyyarə ilə toqquşduğunu bildiriblər.
Oxşar xəbərlər
Xilasetmə qrupları İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerə çatıblar - YENİLƏNİB
Xilasetmə briqadaları İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etdiyi yerə çatıblar. Bu barədə İran dövlət telekanalının müxbiri bildirib. Onu...