Hindistanda sərnişin təyyarəsi körpünün altında ilişib qaldı - VİDEO

Hindistanda qırılmış sərnişin təyyarəsinin gövdəsini daşıyan yük maşını sürücüsü körpünün hündürlüyünü nəzərə almayıb və bu, ona baha başa gəlib.
BAKU.WS xəbər verir ki, yük maşını təyyarə ilə birlikdə körpünün altında qalıb.
"Air India Hava Yolları"na məxsus utilizasiyaya aparılan sərnişin təyyarəsinin gövdəsini daşıyan yük maşını Biharda körpünün altında ilişib qalıb.
Bir iş adamı tərəfindən auksionda alınıb Hindistanın Mumbay şəhərindən Assam ştatına aparılan təyyarə körpünün altından çıxarılmaq üçün dəqiqələrlə gözlədilib. Təyyarənin körpüdə ilişib qalması səbəbindən nəqliyyatın sıx olduğu bir vaxtda ətrafdakı insanlar təyyarəni çıxarmağa kömək etməyə çalışıblar.
Keçən il yük maşını ilə daşınan başqa bir sərnişin təyyarəsinin gövdəsi Andhra Pradeşin Bapatla rayonunda körpünün üzərində ilişib qalmışdı.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...
