Türkiyədə İran Prezidentinin faciəvi ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
20
may
2024
22:31
İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Türkiyədə birgünlük matəm elan edilib.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
“İran prezidentinin vəfatı ilə əlaqədar İran xalqı ilə dərin hüznünü bölüşmək üçün ölkəmizdə bir günlük matəm elan etmək qərarına gəldik”, - deyə Ərdoğan bildirib.
Oxşar xəbərlər
Xilasetmə qrupları İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerə çatıblar - YENİLƏNİB
Xilasetmə briqadaları İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etdiyi yerə çatıblar. Bu barədə İran dövlət telekanalının müxbiri bildirib. Onu...