Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb - YENİLƏNİB

Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb - YENİLƏNİB
Siyasət 0

Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın baş naziri Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Budapeştdə keçirilən danışıqların yekununda bildirib.

Onun sözlərinə görə, Budapeştdə Baş nazir Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlardan sonra Macarıstan gələn il Türkiyədən 275 milyon kubmetr qaz alacaq.

“Biz Türkiyənin “Botaş” şirkəti ilə müqavilə üzərində işi başa çatdırmışıq. Bu müqaviləyə əsasən gələn ilin yaz-yay aylarında Türkiyədən 275 milyon kubmetr təbii qaz alacağıq”.

Nazir həmçinin qeyd edib ki, Orban və Ərdoğan arasında keçirilən görüşdə Ukraynadakı münaqişə və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlərin iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası məsələsi müzakirə olunub.

O əlavə edib ki, Ərdoğan dekabrın 18-də yenidən Budapeştə səfər edəcək.

***21:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

“Danışıqlarda Türkiyə-Macarıstan münasibətləri ilə yanaşı, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü məsələsi, regional və beynəlxalq problemlər də nəzərdən keçirilib”, - deyə məlumatda bildirilir.

Görüşün digər detalları açıqlanmayıb.

***19:33

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfərə gəlib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Ərdoğanın Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub.

Tərəflər iki ölkə arasındakı münasibətləri, Ankaranın Avropaya inteqrasiyasını, aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Son xəbərlər