İranı müvəqqəti idarə etmək üçün altı xüsusi komitə yaradılıb

İranı müvəqqəti idarə etmək üçün altı xüsusi komitə yaradılıb
Siyasət 132

İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölümündən sonra ölkəni idarə etmək üçün altı xüsusi hökumət komitəsinin yaradıldığını elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Bahadori Cəhromi məlumat verib.

"Birinci vitse-prezident bu günlərdə ölkəni idarə etmək üçün altı xüsusi komitə yaradıb", - İranın İRNA agentliyi ondan sitat gətirib.

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Xarici Siyasət Komitəsinin rəhbəri təyin edilib, Bahadori Cəhromi qeyd edib.

Qeyd edək ki, ötən gün İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Mələk Rəhməti və Təbrizin cümə imamı Məhəmməd Əli Ale Haşim də olub.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib ki, qəza nəticəsində helikopterin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. İranın vitse-prezidenti Möhsün Mənsuri prezidentin ölümü ilə bağlı xəbərləri təsdiqləyib.

Son xəbərlər