Güllələnən baş nazirdən xəbər var
Slovakiyanın sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun səhhəti əməliyyatdan sonra yaxşılaşıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak məlumat verib.
“Yaxşı əhval-ruhiyyədəyəm, çünki Baş nazir Fitsonun vəziyyətində irəliləyiş görürəm. Vəziyyət hələ də çox ciddidir, lakin irəliləyişlər məni ruhlandırır”, - nazir deyib.
R.Kalinyak əlavə edib ki, sonrakı müalicəni qiymətləndirmək üçün daha bir neçə gün lazım olacaq. “Tibbi komissiya Fitsonun vəziyyətini müzakirə etmək üçün mayın 20-də toplanacaq”, - o əlavə edib.
Bundan əvvəl Ruzvelt adına xəstəxananın direktoru Miriam Lapunikova hazırda Slovakiya baş nazirinin huşunun özündə olduğunu və intensiv terapiya şöbəsində olduğunu bildirib.
Oxşar xəbərlər
Fitsonun mühafizəçisi onun həyatını belə xilas edib - VİDEO
Slovakiyanın daxili işlər naziri Matus Şutai-Eştok sui-qəsdə uğrayan baş nazir Robert Fitsonun mühafizəçilərinin əməllərindən danışıb. BAKU.WS xarici mətbuata i...