Bu ölkədə sabiq baş nazirlə keçmiş daxili işlər naziri dalaşdı - VİDEO

Bu ölkədə sabiq baş nazirlə keçmiş daxili işlər naziri dalaşdı - VİDEO
Video
Siyasət 4

Slovakiya hökumətinin keçmiş rəhbəri İqor Matoviç və ölkənin keçmiş daxili işlər naziri Robert Kalinyak Bratislavanın mərkəzində Nazirlər Kabinetinin binası qarşısında dava ediblər.

Siyasətçilər arasında toqquşma immiqrasiya məsələləri ilə bağlı açıq havada keçirilən mətbuat konfransı zamanı baş verib.

Sabiq baş nazir səsgücləndiricilərlə təchiz olunmuş avtomobillə tədbirin keçirildiyi yerə qədər gəlib. Jurnalistlərlə görüş iştirakçılarının çıxışlarını kəsən Matoviç rəqiblərini, əsasən də Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Kalinyakı kəskin tənqid edib.

Kalinyak tərəfdarları ilə avtomobilə yaxınlaşaraq eks-baş nazirin əlindən mikrofonunu almağa çalışıb. Bu zaman Kalinyan onun üzünə zərbələr endirib. Matoviç Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinə sinəsinə təpik zərbəsi ilə cavab verib. Siyasətçiləri yaxınlıqdakı polis ayırmalı olub. Keçmiş baş nazir daha sonra hadisə yerini tərk edib.//report

Oxşar xəbərlər

Son xəbərlər