Ukrayna bayrağı Slovakiya parlamentində davaya səbəb oldu - VİDEO
Slovakiya parlamentində (Narodna Rada) ötən həftə ABŞ ilə imzalanmış hərbi sazişin müzakirə edildiyi iclasda müxalifətlə hakim partiyanın deputatları arasında gərginlik yaranıb.
Müxalif ifrat sağçı Bizim Slovakiya Partiyasının (LSNS) deputatları Andrey Medveçki və Peter Krupa Slovakiya bayrağı ilə tribunaya gələrək müzakirələrin qarşısını almağa cəhd ediblər. Hakim partiyalardan biri olan Azadlıq və Həmrəylik Partiyasının (SAS) deputatları Jana Bitto Ciganikova və Miroslav Ziak Ukrayna bayrağı ilə tribunaya gələrək Slovakiya bayrağının qarşısında dayanıblar.
Bu zaman tərəflər arasında gərginlik artıb və LSNS deputatı Medveçki tribunadakı suyu Ukrayna bayrağının üzərinə töküb. Yerindən qalxaraq partiya yoldaşına dəstək olmaq üçün tribunaya gələn LSNS deputatı Marek Kotleba isə müxalif həmkarlarının əlindən Ukrayna bayrağını alaraq Miroslav Ziakın maskasını cırıb.
Sessiyadan sonra Ziak bayrağı "oğurladığı" üçün Kotlebadan polisə şikayət edəcəyini bildirib.
Bundan başqa, Ukraynanın Bratislavadakı səfirliyi də parlamentdə baş verənlərə münasibət bildirib. “Bu müqavilə ilə Slovakiya müstəqilliyini itirmir. Əksinə, müttəfiqlərimiz suverenliyimizi təmin etməkdə bizə yardım edir”, - deyə səfirliyin açıqlamasında vurğulanıb.
Oxşar xəbərlər
Gürcüstanda müxalif deputatlar mandatlarından imtina edirlər
Gürcüstan parlamentində müxalifəti təmsil edən iki deputat - “Qirçi - Daha çox azadlıq” partiyasının sədri Zurab Caparidze və Vahid Milli Hərəkat Partiyasının ü...