Kafedə dava salan nazir istefa verdi
Slovakiyanın Ekologiya naziri Laslo Solimos yanvarın 23-də tutduğu vəzifədən istefa verib.
BAKU.WS xəbər verir ki, 51 yaşlı siyasətçinin bu addımı atmasına səbəb yanvarın 22-də Bratislavanın mərkəzindəki restoranların birində içkili vəziyyətdə dava salması, restoranın işçilərinə hücum etməsi və onlardan birinə xəsarət yetirməsi olub.
Məsələ ictimailəşdikdən sonra Baş Nazir Peter Pelleqrini L.Solimosu qəbul edərək, baş vermiş hadisəyə görə ictimaiyyət qarşısına çıxaraq üzr istəməyi tələb edib.
Baş Nazirlə görüşdən sonra istefa verdiyini bildirən L.Solimos jurnalistlərin suallarına cavab verməkdən də imtina edib.
Oxşar xəbərlər
Özbəkistan Hökuməti tam tərkibdə istefa verib
Yanvarın 20-də Özbəkistan Ali Məclisi Senatının iclasının sonunda ölkənin Baş Naziri Abdulla Aripov Hökumətin tam tərkibdə istefa verdiyini elan edib. BAKU.WS x...