Fitsonun mühafizəçisi onun həyatını belə xilas edib - VİDEO

Fitsonun mühafizəçisi onun həyatını belə xilas edib - VİDEO
Video
Siyasət 299

Slovakiyanın daxili işlər naziri Matus Şutai-Eştok sui-qəsdə uğrayan baş nazir Robert Fitsonun mühafizəçilərinin əməllərindən danışıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, mühafizəçinin cəsarətini xüsusi vurğulayıb.

"Baş nazirin mühafizəçisi kritik vəziyyətdə tamamilə düzgün hərəkət etdi və bununla da onun həyatını xilas etdi", - deyə Şutai-Eştok qeyd edib.

Xatırladaq ki, mayın 15-də Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.

Son xəbərlər