Türkiyə Prezidenti Slovakiyanın Baş nazirinə qarşı sui-qəsdi kəskin şəkildə pisləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini kəskin şəkildə pisləyib.
“Report” xəbər verir ki, Türkiyə dövlət başçısı bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı törədilən bu dəhşətli sui-qəsdi qətiyyətlə pisləyirəm. Ona tezliklə şəfa tapmasını arzulayıram”, - bəyanatda deyilir.
Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.
Oxşar xəbərlər
Slovakiyanın baş nazirinin vəziyyəti pisləşdi: Komaya düşdü - YENİLƏNİB - FOTO
Slovakiyanın Baş naziri Robert Fitso süni koma vəziyyətinə salınıb. “Onun vəziyyəti ağırdır”, - deyə Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri bildirib. Qeyd...