Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən BAKU.WS-ə bildirilib ki, oktyabrın 7-də saat 14:00-dan 18:00-dək 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar Naxçıvan şəhərinin 56, 59, 60 və 61-ci məhəllələrində, M. Şəhriyar, Səməd Vurğun və H. Rəhmanov küçələrində, Hərbi Şəhərcik-1-də, Universitet şəhərciyində, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Oxşar xəbərlər
Bakıda yollar üçün yeni lük qapaqları ALINACAQ
Bakıda su təsərrüfatı infrastrukturunun yenilənməsi çərçivəsində 1 200 ədəd yeni lük qapağının alınması nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, İri Şəhərlə...