Vəzifələrinə qayıtmaq üçün vəkil tutdular, pullarından da oldular
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən vəkil Cavidan Osmanlının barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinən C.Osmanlıya bir il müddətinə vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə beş min manat cərimə cəzası verilib.
İttihama görə, C.Osmanlı ölkədə vəzifəsindən azad edilmiş bir qrup şəxslərin etibarından sui-istifadə edərək, onların işə bərpa ediləcəklərini söz verib və ümumilikdə bu şəxslərdən 15 min 400 manat alıb. Şikayətçilərin müraciəti əsasında araşdırmalar aparılıb və C.Osmanlıya cinayət işi başlanılıb.
İş üzrə ümumilikdə 9 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, C.Osmanlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub, Bakıdakı vəkil bürolarından birində vəkil kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Bakıda tanınmış iş adamı vəfat etdi
Bakıda tanınmış iş adamı Nihat Əliyev vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran paylaşım edib. O, bildirib ki, "Atlas Medical Center" kl...