"Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Baku Steel Company" (BSC) QSC Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib. Tədbirin işgüzar proqramına plenar iclas, tematik sessiyalar və biznes dairələrinin nümayəndələri arasında görüşlər daxil olub. Forumda iki ölkə arasında metallurgiya, energetika və infrastruktur sahələrində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib. BSC-nin baş direktorunun müavini Sultan Əskərov qabaqcıl istehsal texnologiyaları və sənayenin rəqəmsal transformasiyasına həsr olunmuş panel sessiyasında çıxış edərək şirkətdə avtomatlaşdırma, süni intellekt və rəqəmsal həllərin istehsal səmərəliliyinin artırılması və yüksək əlavə dəyərli məhsulların inkişafında tətbiqindən danışıb.
Tədbir çərçivəsində BSC İtaliyanın "Dismas Trading S.r.l." və "Edgar H. Greenham & Co. S.r.l." şirkətləri ilə niyyət sazişi bağlayıb. Sənədi BSC adından baş direktor Kamal İbrahimov, italiyalı tərəfdaşlar adından isə İtaliya-Azərbaycan Ticarət Palatasının (ITAZERCOM) prezidenti Manuela Traldi imzalayıblar.
Razılaşma BSC-nin tikişsiz polad borularının İtaliya bazarında təşviqi və satışının genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur. Tərəfdaş şirkətlər məhsulların yerli distribütorlara və son istehlakçılara təqdim edilməsinə dəstək göstərəcəklər.
ŞİRKƏT HAQQINDA
"Baku Steel Company" QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Şirkət tikinti, infrastruktur layihələri və sənaye üçün polad məhsulları istehsal edir. BSC-nin tikişsiz polad boruları Sumqayıtda yerləşən "Azərboru" istehsalat sahəsində hazırlanır.
Oxşar xəbərlər
"Azercell Biznes" müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir
Yeni xidmət korporativ müştərilərə IoT və M2M nömrələri üçün fiziki SIM karta alternativ eSIM texnologiyasını seçmək imkanı yaradır "Azercell Biznes" korporati...