Şakira artıq ittiham edilməyəcək - SƏBƏB
Məşhur müğənni Şakira artıq vergidən yayınmaqda ittiham edilməyəcək.
BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, ifaçıya qarşı sürülən ittiham geri çəkilib.
Ötən ilin iyulunda başladılan istintaqda prokurorlar Şakiranı 2018-ci ildə faiz və düzəlişlər də daxil olmaqla vergi idarəsinə qarşı 6,6 milyon avro saxtakarlıq etməkdə ittiham edirdilər.
Lakin indi ona qarşı İspaniyadakı hüquqi problemləri həllini tapıb.
Dəlil və sübut çatışmazlığından istintaqın ləğv edilməsi ilə bağlı məhkəmə təklifi qəbul edib.
Xatırladaq ki, Şakiranın İspanyada yaşadığı müddətdə ümumilikdə 14,5 milyon avro məbləğində vergi borcu olduğu bildirilirdi.
Oxşar xəbərlər
Jerar Pike Şakiranın fanatlarının etirazı ilə qarşılaşdı - VİDEO
Məşhur futbolçu Jerar Pike istirahət üçün getdiyi gecə klubunda keçmiş sevgilisi Şakiranın fanat ordusu ilə qarşılaşıb. BAKU.WS xəbər verir ki, sənətçinin pərəs...