Şakiranın qardaşı Pikeni döydü - Evə polis çağırıldı - FOTO

Müğənni Şakira ilə Jerar Pike arasındakı gərginlik bitmək bilmir.
BAKU.WS xəbər verir ki, uşaqlarını görmək istəyən Pike Mayamiyə gedib. Şakiranın yaşadığı malikanəyə gələn idmançı döyülüb.
Belə ki, o, əvvəl Şakira ilə mübahisə etməyə başlayıb. Bundan sonra sənətçinin qardaşı Tonino Meberak onların davasına müdaxilə edib. Bu zaman Tonino ilə Pike arasında yumruq-yumruğa dava başlayıb.

Şakiranın qardaşı idmançıya ağır zərbələr endirərək onu bərk döyüb. Onları ayırmaq üçün evə polis çağrılıb. Tərəflər hadisə ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.
Xatırladaq ki, Jerar Pike Şakiraya xəyanət edib. Nəticədə onların 12 illik münasibəti bitib. Sənətçi iki oğlunu da götürərək Mayamiyə gedib.


Oxşar xəbərlər
Şakiranı aldadan Pikeyə yeni sevgilisindən xəyanət şoku - FOTO
Dünyanın danışdığı xəyanət məsələsi gündəmdən düşmür. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Barselona"nın sabiq ispaniyalı futbolçusu Jerar Pike 20...