Şakira və Pike bu məsələdə razılığa gəliblər

Şakira və Pike bu məsələdə razılığa gəliblər
Siyasət 126

Pop ulduzu Şakira keçmiş sevgilisi Jerar Pike ilə iki övladının birgə qəyyumluğu üzrə razılığa gəlib.

Bu barədə noyabrın 8-də müğənninin İspaniyadakı nümayəndəsi bildirib.

Sözçü vurğulayıb ki, müqavilənin təfərrüatları yaxın zamanlarda açıqlanacaq.

Yerli mətbuatın yazdığına görə, müqavilədə 9 yaşlı Milan və 7 yaşlı Saşanın anası ilə birlikdə Mayamiyə köçəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, 45 yaşlı Şakira və “Barselona”nın 35 yaşlı müdafiəçisi Pike 2011-ci ildən birlikdə olsalar da, heç vaxt evlənməyiblər.//oxu.az

Oxşar xəbərlər

Son xəbərlər