Emin Əmrullayev: Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir

Emin Əmrullayev: Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir
Digər 22

Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib.

O bildirib ki, ölkədə təhsilin keyfiyyətli olması üçün işlər aparılır:

"PİSA nəticələrinə əsasən, Bakıda vəziyyət əvvəlki dövrlə müqayisədə daha yaxşıdır. Burada, əlbəttə ki, müəllimlərin əziyyəti var".

Nazir vurğulayıb ki, təhsildə vacib məqamlardan biri də öyrənmədir:

"Təhsilin bütün mahiyyəti şagirdlə bağlıdır. Onların öyrənib-öyrənməməsi maraqlıdır. Şagirdləri kənarda qoyub, özümüzü müzakirə etməməliyik".

E.Əmrullayev əlavə edib ki, ötən illər ərzində müəllimlərin işi azalmayıb, əksinə artıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər