Jerar Pike Şakiranın fanatlarının etirazı ilə qarşılaşdı - VİDEO

Məşhur futbolçu Jerar Pike istirahət üçün getdiyi gecə klubunda keçmiş sevgilisi Şakiranın fanat ordusu ilə qarşılaşıb.
BAKU.WS xəbər verir ki, sənətçinin pərəstişkarları müxtəlif şüarlar səsləndirərək onu istirahət etməyə qoymayıblar.
Onlar davamlı olaraq “Şakira, Şakira, Şakira...” şüarları səsləndirib, yaxud da Pikeni fitə basıblar.
İdmançı baş verənlərə sərt reaksiya göstərib. O "Kim nə deyirsə desin mən dünya çempionuyam və sən heç kimsən" sözlərini söyləyərək Şakiranı sevənlərə etiraz edib.
Pikenin çıxışının sonunda isə klubun DJ-i Şakiranın sevilən "Waka-Waka" mahnısını səsləndirib.

Oxşar xəbərlər
Şakiradan ayrılan Pike bir aya evlənir - FOTO
Müğənni Şakiranın keçmiş sevgilisi Jerar Pike evlənir. BAKU.WS xəbər verir ki, son zamanlar Şakiranın "F1" pilotu Luis Hemiltonla eşq yaşadığı iddiaları yayılı...