SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb.

BAKU.WS xəbər verir ki, Artem Donskov, İslam Xəlilov və Nikita İvanov "Qurbanların xilasına görə" medalı ilə təltif ediliblər.

Onlar "Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə" bu mükafata layiq görülüblər.

Xatırladaq ki, "Crocus City Hall"da terror aktı martın 22-də baş verib. Kamuflyajlı terrorçular binaya soxulub, atəş açmağa başlayıb və konsert zalını yandırıblar.

Martın 30-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi hücum nəticəsində 144 nəfərin (6-sı uşaq) həlak olduğunu, 511 nəfərin isə yaralandığını bildirib.

BAKU.WS