SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər yaralanıb. 

BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Alanyada fəaliyyət göstərən şirkətə məxsus Özcan Akkayanın idarə etdiyi üstü açıq safari maşını ilə eyni şirkətə məxsus Ferhat Arslanın idarə etdiyi safari maşını toqquşub.

Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb.

Qəzanın ardından əraziyə çoxlu sayda jandarma, sağlamlıq və xilasetmə qrupları cəlb edilib.

Qəzada hər iki avtomobildə olan 16 nəfər yaralanıb. Hadisə yerində ilkin tibbi yardım alan yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanalara göndərilib.

Yaralılardan Lüley Bulorkinin səhhətinin ağır olduğu, digərlərinin isə həyati təhlükəsinin olmadığı bildirilib.

Hadisə ilə əlaqədar prokurorluq tərəfindən araşdırma başlanılıb.

Digər tərəfdən, iki safari avtomobilindəki şəxslərin qəzadan əvvəl bir-biri ilə su davası etdiyi qeyd olunub.

BAKU.WS
QALEREYA