Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında” qanuna etiraz olara keçirilən aksiyada xəsarət alan 8 etirazçı bu gün xəstəxanaya yerləşdirilib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, onlar müxtəlif xəsarətlər alıblar, vəziyyətləri qənaətbəxşdir. Yaralıların bədənlərinin müxtəlif nahiyələrində yaralar, həmçinin intoksikasiya və tənəffüs yollarının zədələnmələri var. Zərərçəkənlərdən biri artıq evə buraxılıb.
Həmçinin qeyd olunur ki, Rustaveli prospektində 20 təcili yardım briqadası cəlb olunub, həkimlər onlarla vətəndaşa, o cümlədən bir hüquq-mühafizə orqanının əməkdaşına yerindəcə tibbi yardım ediblər.
Oxşar xəbərlər
Tbilisidə vəziyyət yenidən qarışdı - Polislə nümayişçilər arasında toqquşmalar olub - VİDEO
Gürcüstanda keçirilən aksiyada növbəti qarşıdurma baş verib. Narazı kütlə Tbilisidə Rustaveli prospektini bağlayıblar. Gürcüstanın Daxili İşlər Nazirliyinin xü...