SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Beyonsun qızı Blu Ayvi Karter aktrisa olacaq.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o "Mufasa: The Lion King" adlı ekran işinə daxil olub.

Animasiyada Beyons "Nala" obrazını səsləndirəcək. Onun 12 yaşlı kiçik qızı isə Nala ilə Simbanın qızı Kiaranı səsləndirəcək.

Ekran işinin rejissoru Berri Cenkins Ayvinin gənc olmasına baxmayaraq, onun çox peşəkar olduğunu bildirib.

Bu Ayvinin ilk ekran işi olacaq. O ilk dəfə anasının konsert tutundakı rəqsi ilə diqqət çəkmişdi. 

BAKU.WS