SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfsanəvi müğənni Barış Mançonun ölümündən əvvəl Belçikada aldığı qırmızı rəngli avtomobili Türkiyəyə gətiriləcək.

BAKU.WS xəbər verir ki, bununla bağlı sənətçinin oğlu Doğukan Manço bir çox qurumlara müraciət edib.

O artıq qardaşı Batıkan Manço və anası Lale Manço Ahıskalı ilə birlikdə qurumların tələb etdiyi sənədləri yığıb və lazımi yerlərə tədim edib.

Xatırladaq ki, Doğukan Manço 1981-ci ildə Belçikada doğulub. Uşaq yaşlarda pianino və gitara dərsləri alıb.

Atasının 1999-cu ildə vəfatından sonra təhsil almaq üçün ABŞ-ın Florida ştatına gedib və təhsilini orada davam etdirib.

Şəhər və ərazi planlaşdırılması üzrə bakalavr təhsili alıb.

2013-cü ildə Star TV-də yayımlanan "Survivor" yarışmasına qatılıb. Yarışın sonunda Hilmicemdən sonra ikinci oldu.

BAKU.WS