SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanının ilk böyük operasının premyerası keçirilib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Ər-Riyadda Kral Fəhəd Mədəniyyət Mərkəzində nümayiş olunan "Zərqa Əl Yamama" operası İslamdan əvvəlki Ərəbistanda gələcəyi qabaqcadan görmək qabiliyyətinə malik bir qəbilə başçısının hekayəsindən bəhs edir.

Əsərin ərəbcə sözlərini səudiyyəli şair Saleh Zamanan, musiqisi avstraliyalı bəstəkar Li Bradşova məxsusdur.

Operada baş rolu ifa edən britaniyalı sənətçi mezzo-soprano Dem Sarah Konolli ərəb dilində mahnı oxuyarkən çox narahat olduğunu və dil öyrənmək üçün aylarla çalışdığını bildirib.

Beynəlxalq sənətçilərin də olduğu aktyor heyətində 9 əsas roldan üçünü Səudiyyə əsilli opera müğənniləri ifa ediblər.

BAKU.WS