SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynində şiş aşkarlanan müğənni Şimalın 38 yaşı tamam olub.

BAKU.WS xəbər verir ki, sənətçinin yaxınları və dostları onun üçün kiçik ad günü təşkil ediblər.

O ad günü tortunun şamlarını üfürərkən göz yaşlarını saxlaya bilməyib.

Kövrələrək arzu diləyən Şimal həmin görntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, Şimal 3 il əvvəl döş xərçənginə tutulmuşdu. İfaçı uzun müddət davam edən müalicələrdən sonra xəstəliyə qalib gələ bilmişdi.

Lakin sonra onun beynində şiş aşkarlandı. O bu ilin yanvarın 17-də 8 ssatlıq əməliyyat keçirdi. 

BAKU.WS