Rusiyalı atletlər dopinqə görə diskvalifikasiya olunublar
Rusiyalı atletlər Yekaterina Kuznetsova-Zyuqanova və Viktoriya Sudaruşkina dopinqə görə diskvalifikasiya olunublar.
"Report" xəbər verir ki, bu barədə Rusiya Atletika Federasiyası məlumat yayıb.
Bildirilib ki, Moskva Antidopinq Laboratoriyasında əldə olunan nəticələrə görə, Yekaterina Kuznetsova-Zyuqanovanın 2013-cü il martın 13-dən 2015-ci il martın 12-nə qədər yarışlarda qazandığı bütün nəticələr ləğv olunub. Onun cəzası 2024-cü ildən 2026-cı ilə qədər təyin olunub.
Sudaruşkina isə 2024-cü ildən 2028-ci ilə qədər yarışlardan uzaqlaşdırılıb. Bu idmançının 2013-cü ildən 2024-cü ilə qədər olan nəticələri ləğv edilib.
Oxşar xəbərlər
Ançelotti karyerasını başa vuracaq
İtaliyalı futbol məşqçisi Karlo Ançelotti “Real Madrid”in onun üçün son iş yeri olacağını açıqlayıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, 29 dekabr 2023-...