Ançelotti karyerasını başa vuracaq
İtaliyalı futbol məşqçisi Karlo Ançelotti “Real Madrid”in onun üçün son iş yeri olacağını açıqlayıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, 29 dekabr 2023-cü ildə 64 yaşlı Ançelotti “Real”la yeni müqavilə imzalayıb. Sənədin müddəti 30 iyun 2026-cı ilə qədərdir.
“Bu mənim son işimdir. Karyeramı bitirəndə 2026-cı il ola bilər. Amma 2028-ci ilə qədər məşqçi olmaq istəyirəm. Çünki Madridi sevirəm, burada qalmaq istəyirəm. Bu, əldə edə biləcəyimiz uğurlardan asılı olacaq”, - deyə Ançelotti bildirib.
Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edib və 2021-ci ildə yenidən kluba qayıdıb.
Oxşar xəbərlər
Zirəddin Rzayev: “2024 - təbii fəlakətlər ilidir, amma yaxşı tərəfləri də olacaq” - MÜSAHİBƏ - FOTO
“2024 - xəstəliklər ili olacaq”. BAKU.WS xəbər verir ki, bu sözləri oxu.az-a müsahibəsində Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev deyib. M...